Pakistanda gey-klub açmaq istəyən şəxs ruhi xəstəxanaya göndərildi

11-06-2024, 13:08           
Pakistanda gey-klub açmaq istəyən şəxs ruhi xəstəxanaya göndərildi
Pakistanın ilk gey-klubunu açmağa cəhd edən şəxs məcburi müalicəyə göndərilib.

Məlum olub ki, pakistanlı ölkənin şimalındakı mühafizəkar şəhər olan Abbottabadda klub yaratmaq üçün müraciət edib.

Halbuki ölkədə eynicinsli münasibətlər qanunla qadağandır və günahkarları iki ildən ömürlüyədək həbs cəzası gözləyir.

Səlahiyyətlilər kişini psixiatriya xəstəxanasına göndəriblər.

Hadisə sosial şəbəkələrə sızaraq yerli sakinləri və siyasətçiləri hiddətləndirib. Bildirilib ki, klubun açılmasına icazə verilərsə, "çox ciddi nəticələr" olacaq.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru