Tayvanda məktəbli qızardılmış toyuq yedi, dializə möhtac qaldı

12-06-2024, 17:58           
Tayvanda məktəbli qızardılmış toyuq yedi, dializə möhtac qaldı
Tayvanda məktəbli bütün il ərzində qızardılmış toyuq yeyib və nəticədə böyrək problemi yaranıb.

Məlumata görə, mütəmadi şəkildə qızardılmış toyuq yedikdən sonra şagirdin səhhətində problemlər yaranıb.

Həkimlər bildiriblər ki, sözügedən qidanın emal edilmiş yağda qızardılması, tərkibində insan üçün zərərli maddələrin olması yeniyetmənin səhhətindəki problemə gətirib çıxarıb.

Uşağın valideynlərinin onun toyuğa aludə olmasından xəbərləri olmayıb. Onların dediyinə görə, məktəb üçün verilən cib pulunu azyaşlı bu yeməyə xərcləyib. Həkimlərin sözlərinə görə, uşağa neçə dializ seansı lazım olacağı məlum deyil. Böyrəkləri normal vəziyyətə gələnə qədər prosedur davam edəcək.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru