8 nəfər tacikistanlı ABŞ-da saxlanılıb

12-06-2024, 17:44           
8 nəfər tacikistanlı ABŞ-da saxlanılıb
ABŞ “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən Tacikistandan olan 8 nəfəri saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Məlumata görə, Nyu York, Filadelfiya və Los-Ancelesdə səkkiz nəfər həbs edilib.

Şübhəlilər ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Lakin onların fəaliyyətinə bir neçə ay FTB tərəfindən nəzarət edilib.

Qeyd olunur ki, saxlanılan şəxslərdən ikisi 2023-cü ildə ABŞ-a cənub sərhədindən daxil olublar.

Kişilər terror aktı hazırlamaqda ittiham olunmasa da, onların saxlanılmasının rəsmi səbəbi immiqrasiya qanunlarının pozulmasıdır.

Qeyd edək ki, may ayında ABŞ “İslam Dövləti” üzvü olmaqda şübhəli bilinən şəxsi ölkəyə gəldikdən iki il sonra həbs edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru