Qızlara sataşan azərbaycanlı iş adamı döyüldü – Gənclərə atəş açdı + VİDEO

12-06-2024, 17:28           
Qızlara sataşan azərbaycanlı iş adamı döyüldü – Gənclərə atəş açdı + VİDEO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı iş adamı yeniyetmələr tərəfindən döyülüb.

KONKRET.az-ın məlumatına görə, insidentə səbəb həmyerlimizin qızlara sataşması olub. Belə ki, videodan da göründüyü kimi, İsmət adlı azərbaycanlı iş adamı qızların ərazqla dolu çantalarını alaraq “Range Rover” markalı avtomobilinə qoyur və onları israrla qəhvə içməyə dəvət edir.

Qızlar təklifdən boyun qaçırdıqda isə İsmət qızlara məxsus bağlamaları onlara qaytarmaqdan imtina edib. Qızların köməyinə isə yaxınlıqdakı gənc oğlanlar gəlib.

Tərəflər arasındakı mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Yeniyetmələrlə bacara bilməyəcəyini başa düşən İsmət travmatik tapançadan atəş açıb.

Görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru