Təftişdə təhlükəsizlik kəməri tələbi bir saat sonra aşan avtobusda 23 nəfəri həyata bağladı
23-06-2024, 16:58
Türkiyənin Bursa şəhərindən Antalyaya gedən sərnişin avtobusu xəndəyə aşıb. Lakin xoş bir təsadüf qəzanın xəsarətsiz ötüşməsinə səbəb olub.
Belə ki, hadisədən təxminən bir saat əvvəl Eskişehirdə Təhlükəsizlik İdarəsinin Nəqliyyat Təftiş Şöbəsi əməkdaşları tərəfindən təhlükəsizlik kəmərləri bağladılıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bunun sayəsində avtobusdakı 23 sərnişinin həyatı xilas olub, qəzada ciddi zədələnmə və ölüm baş verməyib.
Polislərin sözlərinə görə, qəzada beş sərnişin yüngül yaralanıb və ilkin müdaxilədən sonra evə buraxılıb.
Qəzanın səbəbləri araşdırılır. Sürücü ifadə üçün jandarma məntəqəsinə aparılıb.