S.Bağırov: "Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq."

26-05-2015, 17:13           
S.Bağırov: "Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq."
İndicə həmin məsələ ilə bağlı mediada yayılan materialları oxuyuram. Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq.

Aznews-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov müğənni Röyanın onu internetdə təhqir edən şəxsi “razborkaya” çağırması, baş verənləri videoya çəkib internetdə yerləşdirməsi ilə bağlı məlumatı şərh edərkən bildirib.

S.Bağırovun sözlərinə görə, polisin zərərçəkmişlə qarşı tərəfi üzləşdirməsində qeyri-qanuni heç bir əməl yoxdur, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər.

“Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”, – deyə, o bildirib.

Səhlab Bağırov hər hansı şəxsin videosunu gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib:

“Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.