Rekord istilər - Termometrlər 53,9 dərəcəni göstərdi

9-07-2024, 13:04           
Rekord istilər - Termometrlər 53,9 dərəcəni göstərdi
ABŞ-nin qərbindəki bir sıra bölgələrdə anomal istilər hökm sürür. Las-Veqasda (Nevada) rekord temperatur qeydə alınıb, qonşu Kaliforniyada isə bir nəfər istidən ölüb.

TEREF Modern.az-a istinadla xəbər verir ki, bu barədə ABC News telekanalı yerli meteorologiya xidmətə istinadla məlumat yayıb.

Meteoroloji xidmətin məlumatına görə, Las-Veqasda bazar günü havanın temperaturu 48,9 dərəcəyə qədər yüksəlib və meteoroloji müşahidələr tarixində ən isti hava qeydə alınıb. Əvvəlki rekord 2017-ci ildə 47,2 dərəcə olub.

Nevada ştatının qonşuluğunda yerləşən Kaliforniyanın Ölüm Vadisində isə termometrlər 53,9 dərəcəni göstərib. Orada istidən bir nəfər ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.

Bölgədə ekstremal isti hava şəraitinin ən azı iyulun 11-dək davam edəcəyi proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru