Sabirabadda intihar edən qadının əri intihara cəhd edib

15-07-2024, 09:43           
Sabirabadda intihar edən qadının əri intihara cəhd edib
Sabirabadda kimyəvi maddə içərək intihar edən qadının əri də intihara cəhd edib

Məlumata görə, 5 gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı Şirvan xəstəxanasında ölüb.

5 gün sonra eyni preparatı içən onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əliyev Xalid Yavər oğlu həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

***
Sabirabadda kimyəvi maddə içərək zəhərlənən qadın vəfat edib.

Məlumata görə, həkimlər onun həyatını xilas edə bilməyib.

***

Sabirabadda 33 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.

Məlumata görə, Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparat içərək zəhərlənib.

Qadın ağır vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru