Mask təsdiqlədi: “Tesla”nın “Robotaxi” lahiyəsi dizayn dəyişikliyi üçün təxirə salındı

17-07-2024, 12:54           
Mask təsdiqlədi: “Tesla”nın “Robotaxi” lahiyəsi dizayn dəyişikliyi üçün təxirə salındı
“Tesla”nın növbəti yeni avtomobili avtonom robot taksi olacaq.

İndex.az xəbər verir ki, ilkin olaraq avtomobilin avqustda təqdim ediləcəyi bildirilsə də, İlon Mask avtomobilin təxirə salındığını rəsmən təsdiqləyib.

Sahib olduğu X sosial şəbəkəsində cavab verdiyi yazıda Mask “Tesla”nın avqust ayında keçirilməsi planlaşdırılan “Robotaxi” tədbirinin oktyabr ayına təxirə salındığını təsdiqləyib.

Baş direktor açıqlamasında təxirə salınma səbəbinin avtomobilin ön hissəsində əhəmiyyətli dizayn dəyişikliyi edilməsinin istənilməsi olduğunu bildirib.

Bu təxirə salınma ilə “Tesla” qarşıdan gələn “Robotaksi” üçün daha çox prototip avtomobil istehsal edə biləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.