Rusiyada xəstəxanada qeyri-adi hadisə: Üç yaşlı uşağın qulağından güllə çıxarıldı

17-07-2024, 18:57           
Rusiyada xəstəxanada qeyri-adi hadisə: Üç yaşlı uşağın qulağından güllə çıxarıldı
Belə ki, üç yaşlı oğlan qulağında güllə zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Moskva vilayətində qeydə alınıb.

Valideynlər bildiriblər ki, uşaq oyuncaq tapança ilə oynayarkən təsadüfən qulağına atəş açıb. Bundan sonra o, qulağında ağrıdan şikayətlənib, bu da böyükləri narahat edib. Onlar vaxt itirmədən Vidnoye xəstəxanasına tibbi yardım üçün müraciət ediblər.

Aparılan müayinə vəziyyətin ilk baxışdan göründüyündən daha ciddi olduğunu göstərib. Güllə xarici qulaq kanalında ilişib qalıb və hətta sümük hissəsinin divarına sıxışdırılıb.

Həkimlər dərhal cərrahi müdaxilə qərarı veriblər.

Vidnoye xəstəxanasının tibbi heyəti ailənin vaxtında yardım üçün müraciət etməsini xüsusi qeyd edib.

"Valideynlərin operativ hərəkətləri sayəsində ciddi fəsadların qarşısını almaq mümkün olub," - deyə xəstəxananın baş həkimi vəziyyəti şərh edib.

Gecikmənin mümkün nəticələri arasında eşitmənin zəifləməsi, qulaq kanalında yataq yaralarının əmələ gəlməsi və ikincili bakterial infeksiyanın inkişafı qeyd edilib.

Uşaq artıq evə buraxılıb.
mk.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.