Qatarla avtomobilin toqquşmasının ANBAAN VİDEOSU yayıldı

18-07-2024, 10:04           
Qatarla avtomobilin toqquşmasının ANBAAN VİDEOSU yayıldı
Qatçina yaxınlığındakı keçiddə "Lastochka" sürət qatarı avtomobillə toqquşması anı videoya düşüb.

32gun.az bildirir ki, bu barədə “ 78 ” telekanalı məlumat yayıb.

Maşnist təcili əyləci tətbiq edə bilib, lakin qatarı dayandırmağa çox az vaxt və məsafə qalıb.

Bundan əvvəl Sankt-Peterburq yaxınlığında “Lastochka” sürət qatarı ilə Renault minik avtomobili toqquşub.

Hadisə Moskva vaxtı ilə saat 14:40 radələrində Divenskaya stansiyasının dəmir yolu keçidində baş verib. Qəza nəticəsində ikisi uşaq olmaqla 4 nəfər həlak olub. Hadisə yerinə Dövlət Yol Müfəttişliyinin əməkdaşları və Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin müstəntiqləri gəliblər . “Lastochka”nın dayanması ilə əlaqədar bu istiqamətdə qatarların hərəkəti müvəqqəti dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru