Dənizin dibindən 75 minlik saat tapdı – Kuryoz olay

18-07-2024, 15:34           
Dənizin dibindən 75 minlik saat tapdı – Kuryoz olay
İspaniyada kişi qeyri-adi metodla dəniz dibində axtarışlar aparır.
Bakupost.az xəbər verir ki, o, Daniyadan olan turistin ötən il İspaniya sahillərində dincələrkən itirdiyi bahalı saatı plastik butulkanın köməyi ilə tapıb.
Belə ki, ailə yadigarı olan 55 min funt sterlinq dəyərində "Rolex" saatını dənizdə itirən kişi onu tapmaq üçün dalğıc Corcioya müraciət edir.
O, İspaniyada itirilmiş xəzinələrin axtarışı ilə məşhurdur.
Corcio 2 dəfə dənizin dibinə ensə də, sıx dəniz yosunları səbəbindən metaxaxtaran cihazı keçirə bilməyib.
Bu zaman o, maraqlı üsul kəşf edib. Plastik su butulkalarını işarələyib və bir torun içinə yığıb.
Butulkaların yarısı suyun üzündə üzüb, içi qumla doldurulmuş ağır butulkalar isə suyun dibinə endirilib. Beləcə o axtarış sahəsini seksiyalara bölüb və hər sahəni ayrıca aparatla yoxlayıb.
Suyun altında 9 saat keçirən dalğıc nəhayət ki, saatı tapıb. O mamırla örtülmüş, metalı paslanmışdı, amma hələ də işləyirdi.
Turist saatı dənizdən çıxarıldıqda sevincindən qışqırıb. Corcionun bu tapıntı üçün mükafatı 4500 funt sterlinq olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.