Anasının və ögey atasının yeməyinə 6 aydır zəhər qatdığı üzə çıxan şəxs həbs edildi

20-07-2024, 18:24           
Anasının və ögey atasının yeməyinə 6 aydır zəhər qatdığı üzə çıxan şəxs həbs edildi
Moskva vilayətinin Balaşixa şəhərində 6 aydır ailə üzvlərinin yeməyinə kimyəvi maddələr qatmaqda şübhəli bilinən şəxs saxlanılıb.

TEREF xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Müstəntiqlər bildirirlər ki, 25 yaşlı şəxs yanvar-iyun aylarında ailəsinin yeməyinə güclü kimyəvi maddələr əlavə edib. Bundan sonra yaşlı ailə üzvləri özlərini pis hiss ediblər. Səhhətləri qəfil pisləşən cütlük xəstəxanaya gedib. Həkimlər məsələni aydınlaşdıra bilmədikləri üçün istintaq şöbəsinə məlumat veriblər.

Polislərin cütlüyün mənzilində apardığı araşdırmalar zamanı insan sağlamlığını xeyli pisləşdirə bilən kimyəvi elementlər aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə kameralar quraşdırıb. Beləliklə, həmin maddələri yeməklərə qadının oğlunun qatdığı məlum olub.

Dindirilmə zamanı da o, öz günahını etiraf edib.

Mash “Telegram” kanalının məlumatına görə, həmin gənc ailənin mənzillərini ələ keçirmək üçün bu addımı atıb.

Ona qarşı cinayət işi açılıb. 25 yaşlı oğlanın hazırda həbsdə olduğu bildirilir.

(Medicina.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru