Ermənistanda partlayış - Ölən var

21-07-2024, 07:41           
Ermənistanda partlayış - Ölən var
İyulun 20-də Ermənistanın Sünik rayonunda partlayış baş verib.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, insident ölkənin Müdafiə Nazirliyinin atış poliqonuna yaxın ərazidə qeydə alınıb.

Ərazidən meyit tapılması barədə əməliyyat məlumatı daxil olub. İlkin məlumata görə, onun ölümünə səbəb partlayış olub.

Faktla bağlı Sünik Rayon İstintaq İdarəsində cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti və mərhumun şəxsiyyəti müəyyənləşdirilir. Ölənin mülki şəxs olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru