72 yaşlı kişi ona hücum edən ayını peşman etdi

21-07-2024, 12:34           
72 yaşlı kişi ona hücum edən ayını peşman etdi
ABŞ-nin Montana ştatının 72 yaşlı sakini meşədə ona hücum edən boz ayının öhdəsindən gəlib.

Hadisə Montana Siti yaxınlığındakı meşədə baş verib. Yaşlı kişi giləmeyvə yığarkən qəfildən ayı ilə qarşılaşıb. Heyvan dərhal ona hücum edib.

Təqaüdçü ciddi xəsarət alıb, lakin silahını çıxararaq qrizlini bir neçə dəfə atəşə tutub. Hadisədən sonra kişi xəstəxanaya aparılıb. Onun adı və aldığı xəsarətin ağırlığı açıqlanmır.

Ekspertlər müəyyən ediblər ki, amerikalıya dişi ayı hücum edib və ehtimal ki, o balaları qoruyub. Hücumun baş verdiyi ərazidə ayı balalarının yerini müəyyən etmək üçün kameralar quraşdırılıb.
lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru