Boğulmuş miqrantla şoka salan video: "Zarafatları" rusiyalılara baha başa gəldi

24-07-2024, 17:44           
Boğulmuş miqrantla şoka salan video: "Zarafatları" rusiyalılara baha başa gəldi
Rusiyada iki kişinin meyitlə "zarafatları" hər kəsi şoka salıb. Belə ki, onlar sahilə çıxan və özbəkistanlıya aid olduğu ehtimal edilən cəsədlə şəkil çəkdiriblər, hətta internetdə video yayıblar.

"Mash" "Telegram" kanalının verdiyi məlumata görə, hadisə Kaluqa vilayətində qeydə alınıb.

Bildirilir ki, 42 yaşlı Mixail Andreyev və 40 yaşlı Anton Kovalyov Tovarkovo qəsəbəsi yaxınlığındakı çimərlikdə istirahət edərkən suda boğulmuş şəxsin meyitini görüblər. Onlar bu barədə hüquq-mühafizə orqanlarına xəbər vermək əvəzinə, sosial şəbəkədə məşhurlaşmaq üçün videolar çəkiblər.

Hadisə hüquq mühafizə orqanları əməkdaşlarının diqqətindən yayınmayıb.

Andreyev və Kovalyov artıq saxlanılıblar. Onlara qarşı "Meyitlərə və dəfn yerlərinə qarşı təhqiredici hərəkətlər" maddəsi ilə cinayət işi açıla bilər. Bu maddəyə əsasən, onları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.