Yeloustounda hidrotermal partlayış – Video

25-07-2024, 09:54           
Yeloustounda hidrotermal partlayış – Video
ABŞ-nin Yeloustoun Milli Parkında hidrotermal partlayış (isti su və buxarla birlikdə yerin bir neçə metr hündürlüyünə yeraltı qrunt atılması) baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə baş verən yerdə ziyarətçilər olub.
Bildirilir ki, partlayış nəticəsində xəsarət alan olmayıb.
Yeloustoun administrasiyası bölgədə vulkanik fəaliyyətin normal olduğunu, lakin parkın partlayışın baş verdiyi hissəsinin müvəqqəti olaraq ictimaiyyətə bağlandığını vurğulayıb.
Qeyd edək ki, Yeloustoun, yerdən müntəzəm olaraq su və buxar sütunları buraxan dünyanın aktiv geyzerlərinin yarısından çoxuna ev sahibliyi edir, lakin park üçün hidrotermal partlayış nadir hadisədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru