Qətl edilən biznesmen qadının qatili həbs edildi _ TƏFƏRRÜAT

27-05-2015, 00:44           
Qətl edilən biznesmen qadının qatili həbs edildi _ TƏFƏRRÜAT
Dünən axşam Kürdəmirdə yanacaqdoldurma stansiyasının sahibəsi, 1954-cü il təvəllüdlü Hacıəliyeva Sahibə Məhəmməd qızı qətlə yetirilib. Xəbər verildiyi kimi ona evinin qarşısında 6 bıçaq zərbəsi vurulub. Bu barədə vesti.az-a Kürdəmir rayon Polis İdarəsindən bildiriblər. Fakt üzrə Hacıəliyevanın qonşusu 1990-cı il təvəllüdlü Nüsrətilov Şaiq Şahin oğlu saxlanılıb. Əməliyyatçılar Nüsrətilovu evdə yaxalayıblar. Dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, yanacaqdoldurma məntəqəsinin sahibəsini onu təhqir etdiyi üçün öldürüb. Şübhəli bilinən şəxsin sözlərinə görə, qadın ona öz stansiyasında iş təklif edib, amma Nüsrətilov etiraz etdikdən sonra qadın əsəbiləşib və təhqirlərə keçib. Təhqirlər isə ondan ibarət olub, ki, guya Hacıəliyeva oğlana onun hesabına "adam olduqlarını", qazanc əldə etdiklərini deyib. Məlumdur ki, Nüsrətilovlar da sahibkardırlar və onların Hacıəliyevanın stansiyası yaxınlığında yerləşən yeməkxanaları var. Bununla yanaşı, RPİ-də qeyd ediblər ki, yaralı Hacıəliyeva evə daxil olaraq təcili yardıma zəng etməyə cəhd edib, amma bir neçə dəqiqə sonra vəfat edib. Qadın tək yaşayırdı. Hacıəliyevanın Bakıda təhsil alan oğlunun olması da bildirilib. Fakt üzrə istintaq davam edir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.