Su içmək üçün susamağı gözləməyin

27-07-2024, 11:58           
Su içmək üçün susamağı gözləməyin
Su içmək üçün susamağı gözləmək bədənin ehtiyaclarını qarşılamaq üçün kifayət deyil. Foodinfo.az xəbər verir ki, susuzluq hissi bədəndə artıq su çatışmazlığı baş verdikdə ortaya çıxır. Bu səbəbdən, gün ərzində müntəzəm olaraq su içmək vacibdir.Bədənin hər bir hüceyrəsi düzgün işləməsi üçün suya ehtiyac duyur. Su çatışmazlığı enerji səviyyəsini, beyin funksiyalarını və ümumi sağlamlığə mənfi təsir edir. Xüsusilə isti hava şəraitində, idman edərkən və ya fiziki aktivlik zamanı su itkisi artdığı üçün daha çox su içmək lazımdır. Suyun dəri sağlamlığı, həzm sistemi və böyrək funksiyaları üçün də böyük əhəmiyyəti var. Buna görə də, hər gün kifayət qədər su içməyi vərdiş halına gətirmək sağlam həyat üçün mühümdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.