Deyib-gülərək evdən çıxan ailə başçısının qəbiristanlıqda asılmış meyiti tapıldı - TƏFƏRRÜAT/VİDEO

30-08-2024, 09:39           
Deyib-gülərək evdən çıxan ailə başçısının qəbiristanlıqda asılmış meyiti tapıldı - TƏFƏRRÜAT/VİDEO
Ağdaşda baş vermiş ailə faciəsinin təfərrüatı məlum olub.

Belə ki, hadisə rayonun Güvəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 47 yaşlı Afər İslamov kənd qəbiristanlığında intihar edib.

Qohumunun sözlərinə görə, mərhumu sonuncu dəfə oğlu məhəllədə görüb:

"Səhər bu şəxs ailəsi ilə gülüb-danışaraq evdən çıxıb. Ailədə hər hansı bir problem olsaydı, bundan xəbərdar olardıq. Oğlu da bildirib ki, atası məhəllədə idi və ona çölə ot biçməyə getdiyini deyib. Hələ də hadisənin şokundayıq."

Hadisənin hansı səbəbdən baş verməsi hələ də məlum deyil. Hazırda faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru