Naxçıvanda yanğınlar olub

16-09-2024, 00:12           
Naxçıvanda yanğınlar olub
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə günün müxtəlif saatlarında Babək rayon Cəhri qəsəbəsində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində həyətyanı və Babək məhəlləsində quru otluq sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirlikdən "Report"un yerli bürosuna verilən xəbərə görə, məlumatlarla əlaqədar Naxçıvan şəhər və Babək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru