Hindistanlı milyonçu sərvətini itinə və aşpazına vəsiyyət etdi

29-10-2024, 09:34           
Hindistanlı milyonçu sərvətini itinə və aşpazına vəsiyyət etdi
Hindistanlı sənayeçi və "Tata Group" beynəlxalq şirkətinin sahibi Ratan Tata sərvətinin böyük hissəsini xidmətçilərinə və itinə vəsiyyət edib.

Bu barədə "Daily Mail" yazıb.

Hindistanlı milyonçu Ratan Tata oktyabrın əvvəlində 86 yaşında vəfat edib. Təxminən 10 milyard rupi (192,5 milyon AZN) dəyərində böyük sərvətə sahib olan Tata, mirasın yalnız kiçik bir hissəsini qardaşı Cimmi Tata və bacıları Şirin və Dinna Cejibxoya buraxıb.

Biznesmenin əsas varisləri isə onun alman çoban iti "Tito", köməkçisi Konar Subbiyah və aşpazı Racan Şou olub.

Qeyd edək ki, Tata heç vaxt evlənməyib və uşağı olmayıb. Əgər vəsiyyət olmasaydı, bütün miras qardaş və bacılarına keçəcəkdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru