İran: Cihadçıların polisə ölümcül hücumundan sonra 4 "terrorçu" öldürülüb

29-10-2024, 16:54           
İran: Cihadçıların polisə ölümcül hücumundan sonra 4 "terrorçu" öldürülüb
İran silahlı qüvvələri şənbə günü cihadçıların polisə ölümcül hücumundan sonra bazar günü ölkənin cənub-şərqində azı 4 "terrorçu"nu öldürdüyünü bildirib.

Çihadçı qrupun məsuliyyətini öz üzərinə götürdüyü Pakistan və Əfqanıstan arasındakı sərhəd bölgəsindəki hücum zamanı azı 10 polis əməkdaşı həlak olub.

Polis maşınlarının hədəf alındığı hücum paytaxt Tehrandan təqribən 1200 kilometr aralıda yerləşən Sistan və Bəlucistanın bir hissəsi olan Taftan mahalında həyata keçirilib.

Pakistanda yerləşən və bölgədə fəal olan sünni cihadçı “Ceyş Əl-Ədl” (ərəb dilində "Ədalət Ordusu") Telegram mesajlaşma xidmətində hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Tasnim xəbər agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları pilotsuz uçuş aparatı ilə keçirdikləri əməliyyat zamanı “terrorçulardan” azı dördünü məhv edib.

“Bu əməliyyat zamanı dörd terrorçu öldürülüb, digərləri qaçıb, dördü həbs edilib” - deyə, agentlik əlavə edib.

Pakistan və Əfqanıstanla uzun məsafəli sərhədi paylaşan Sistan və Bəlucistan İranın ən yoxsul bölgələrindəndir.

Bölgədə ölkədə üstünlük təşkil edən şiələrdən fərqli olaraq, etnik sünni bəluc azlığının böyük əhalisi yaşayır.

Orada İran təhlükəsizlik qüvvələri ilə bəluc azlığından olan üsyançılar, radikal sünni qruplaşmaları və narkotik maddə alverçiləri ilə qarşıdurmalar baş verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.