Avstriyada şəhər meri güllələndi

29-10-2024, 09:36           
Avstriyada şəhər meri güllələndi
Avstriyanın Almaniya ilə sərhədi yaxınlığında yerləşən Kirxberq şəhərində silahlı şəxs axtarılır.

Bild nəşri xəbər verir ki, ovçu olduğu deyilən şəxs şəhərin meri Frants Hoferi, daha sonra isə başqa bir şəxsi güllələyib.

Polis mümkün şübhəli sayılan 56 yaşlı yerli sakin Roland Drekslerin fotosunu yayıb.

Bildirilir ki, qətllərin motivi ov hüququ ilə bağlı münaqişələr ola bilər. Gərgin vəziyyətə görə polis bəzi yerli məmurları mühafizə altına alıb. Polisin məlumatına görə, şübhəlinin axtarışında əməliyyat bölmələri, o cümlədən xüsusi təyinatlılar və zirehli texnika iştirak edir.

Təsdiqlənməmiş məlumata görə, ölənlərin sayı ikidən çox ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru