Trampın sabiq müşaviri həbsdən çıxdı - FOTO

30-10-2024, 12:34           
Trampın sabiq müşaviri həbsdən çıxdı - FOTO
ABŞ-də Donald Trampın keçmiş müşaviri Stiv Bannon həbsdən çıxıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Bannon ABŞ Konqresinə hörmətsizlikdə ittiham olunaraq dörd ay həbsdə qalıb. O, ABŞ-də 6 yanvar 2021-ci ildə baş verən Kapitoli basqını ilə əlaqədar dinləmələrə qatılmaqdan imtina edib..

Həbsxanadan çıxdıqda onu qızı Morin və jurnalistlər qarşılayıb. Mətbuata açıqlamasında Bannon bildirib ki, həbsdə keçirdiyi zaman onu sarsıtmaq əvəzinə, qətiyyət verib.

Qeyd edək ki, 1 iyulda Bannon bəyan etmişdi ki, Tramp seçkilərdə qalib gəlsə, bəzi yüksək vəzifəli ABŞ rəsmilərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı araşdırma başladacaq.

"Politico"nun məlumatına görə, həmin siyahıya FTB-nin keçmiş müvəqqəti direktoru Endryu Makkeyb, FTB-nin keçmiş direktoru Ceyms Komi, keçmiş müdafiə naziri Mark Esper, keçmiş baş prokuror Uilyam Barr və Baş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli daxildir.
https://x.com/CubanOnlyTrump/status/1851250588656251250?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1851250588656251250%7Ctwgr%5Ec01ec93104e9ad8ab762bc375104e8ce4196b265%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fiqtisadiyyat.az%2Faz%2Fpost%2Ftrampin-sabiq-musaviri-hebsden-cixdi---foto-114378












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru