Türk qəhvəsi belə içildikdə kökəlməyə səbəb olur

Bu gün, 16:08           
Türk qəhvəsi belə içildikdə kökəlməyə səbəb olur
Türk qəhvəsi özü-özlüyündə az kalorilidir və düzgün şəkildə istehlak edildikdə kökəlməyə səbəb olmur. Hətta şəkərsiz olaraq içildikdə tərkibindəki kofein metabolizmanı sürətləndirir və enerji sərfini artırmağa kömək edir. Bu xüsusiyyətləri ilə türk qəhvəsi arıqlamağa belə dəstək ola bilər.
Foodinfo.az xəbər verir ki, lakin türk qəhvəsi kökəlməyə səbəb ola biləcək hallara da malikdir:
1. Şəkər əlavə edilərsə, qəhvənin kalori miqdarı artır və bu, kökəlməyə səbəb olur.
2. Həddindən artıq qəhvə içmək bədəndə kortizol səviyyəsini artıraraq stressə səbəb olur. Yüksək kortizol isə iştahanın artmasına və bel bölgəsində yağ yığılmasına gətirib çıxarır.
3. Bəzi insanlar kofeinə həssasdır və qəhvə bədəndəki hormonal balansa təsir edərək iştah artışı ilə nəticələnə bilər.Beləliklə, türk qəhvəsini şəkərsiz və gündə 1-2 fincan məhdudiyyətlə içmək sağlamlıq üçün faydalıdır və kökəlməyə səbəb olmaz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.