Moskvada kuryoz hadisə: Sürücü DYP əməkdaşlarına vəsiqəsi əvəzinə səhvən marixuana göstərdi
12-11-2024, 17:24
Moskvada sürücü DYP əməkdaşlarına sürücülük vəsiqəsi əvəzinə səhvən narkotik göstərib. Bu barədə "Ostorojno, Moskva" "Telegram" kanalı məlumat yayıb.
"47 yaşlı moskvalını DYP inspektorları sənədlərin yoxlanılması üçün saxlayıblar, sürücü sənədləri olan portmanatı çıxarıb, orada sürücülük vəsiqəsindən başqa narkotik bükümləri də olub. Polis əməkdaşları onları görüb və kişini saxlayıblar", - məlumatda deyilir.
Bildirilir ki, sürücü 29 qram marixuana olan bükümləri atmağa cəhd göstərib, lakin uğursuz olub. Sonra o, narkotiki özü üçün aldığını bildirib. Nəticədə, polislər satıcının evinə gəliblər. Narkotik satıcısının evində dibçəklərdə yetişdirdiyi və ərzaqlarla birlikdə soyuducuda saxladığı marixuana tapılıb.