Fransada çeçenlərdən ibarət dəstə üzvləri ələ keçib

Dünən, 15:34           
Fransada çeçenlərdən ibarət dəstə üzvləri ələ keçib
Fransanın hüquq-mühafizə orqanları çeçen mənşəli dəstə üzvlərini ifşa edib.
Bu qrup miqrantları Avropanın müxtəlif ölkələrinə qanunsuz şəkildə aparırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Le Journal du Dimanche (JDD) qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, çeçenlərdən ibarət dəstə üzvləri Sloveniya, Almaniya, Polşa, Avstriya və İsveçrədə fəaliyyət göstərib. Miqrantların hər birindən bu xidmət üçün 1500 avro məbləğində ödəniş alıblar.

Təxminən 15 nəfərdən ibarət olan bu qrupun sonuncu üzvü 30 noyabr 2024-cü il tarixində saxlanılıb. Şəbəkənin ilk üzvü isə 2023-cü ilin iyununda aşkar edilib və 12 aylıq həbs cəzası alıb. O, 8 həmvətənini Fransa ərazisinə qanunsuz şəkildə gətirməkdə günahlandırılıb.

2024-cü ilin may ayında hüquq-mühafizə orqanları daha 9 qaçaqmalçını həbs edib. Bu, şəbəkənin fəaliyyətini tamamilə iflic etməyə şərait yaradıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.