Kubada timsahlar sərxoş kişini parçaladılar

13-02-2025, 16:48           
Kubada timsahlar sərxoş kişini parçaladılar
Kubada yırtıcı heyvanların olduğu volyerə (heyvan saxlamaq üçün qəfəs, evcik və heyvanların gəzişməsi üçün topla hasarlanmış meydança) hoppanan kişini timsahlar parçalayıblar.

Oxu.Az "CubaHeadlines"a istinadla xəbər verir ki, insident Matansas əyalətindəki Boka-de-Quama turizm mərkəzində yerləşən timsah fermasında baş verib.

Bildirilib ki, Pablo adlı kişi hadisə əsnasında sərxoş olub. O, alt paltarına qədər soyunaraq volyerə tullanıb, orada timsahların hücumuna məruz qalıb.

Fermanın açıldığı 1959-cu ildən bəri belə bir hadisənin baş vermədiyi deyilir. Pablonun qohumları onun volyerə öz iradəsi ilə adladığını və ya təsadüfən sürüşdüyünü əminliklə deyə bilməyəcəklərini vurğulayıblar.

Fakt üzrə araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru