İranın Qərbi Azərbaycan əyalətində 65 məktəbli dəm qazından zəhərlənib

16-02-2025, 09:34           
İranın Qərbi Azərbaycan əyalətində 65 məktəbli dəm qazından zəhərlənib
İranın Qərbi Azərbaycan əyalətinin Sayınqala (farslaşdırlaraq Şahindej adlanıb) şəhərində Pərvin Ehtəsami adına orta məktəbdə 65 şagird zəhərlənib.
“Tasnim” agentliyi xəbər verir ki, Qərbi Azərbaycan əyaləti Təhsil İdarəsinin baş direktoru Əli Mütərərri hadisəni təsdiqləyib.

Onun sözlərinə görə, zəhərlənən məktəblilər tibb məntəqələrinə yerləşdirilib. Onların bir qisminin axşam saatlarında evə buraxılacağı gözlənilir.

Baş direktor məktəblilərin dəm qazından zəhərləndiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.