Fatma Abdullazadənin rəssam qızı vəfat etdi

16-02-2025, 10:08           
Fatma Abdullazadənin rəssam qızı vəfat etdi
Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadəyə ağır itki üz verib.
TEREF Teleqraf-a istinadla xəbər verir ki,, onun qızı Məryəm Ələkbərli 33 yaşında vəfat edib.
M.Ələkbərli rəssam idi. Onun Azərbayanda və dünyanın bir neçə ölkəsində sərgiləri keçirilib.
2014-cü il oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq Muzeyində təşkil olunan sərgidə bir çox tanınmışlarla yanaşı F.Abdullazadənin özü də iştirak edib.
Xatırldaq ki, Fatma Abdullazadə 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru