Dünyanın ilk homoseksual imamı küçənin ortasında güllələndi - ANBAAN GÖRÜNTÜLƏR

18-02-2025, 09:42           
Dünyanın ilk homoseksual imamı küçənin ortasında güllələndi - ANBAAN GÖRÜNTÜLƏR
Cənubi Afrika Respublikasında (CAR) homoseksual olduğunu açıq elan edən ilk məscid imamı Muhsin Hendriks güllələnib.

Oxu.Az-ın məlumatına görə, bu barədə yerli SABC telekanalı polisə istinadən məlumat yayıb.

Hadisə Şərqi Keyp əyalətinin Qebeha şəhəri ətrafında baş verib. Polisin məlumatına görə, Hendriks sürücü ilə avtomobildə gedərkən başqa bir maşın yolu kəsib və oradan avtomatla silahlanmış iki nəfər çıxıb. Silahlı şəxslər məscid imamının olduğu avtomobilə yaxınlaşıb və ona atəş açıblar. Hendriks aldığı yaralardan hadisə yerində ölüb.

Cinayətin motivi hələlik məlum deyil. Din xadimi toy mərasimi keçirmək üçün Qebehaya gedirmiş.

Jurnalistlər əlavə edirlər ki, sosial şəbəkələrdə Hendriksi güllələyən silahlı şəxslərdən birinin maşına qayıdıb digər şübhəli şəxslə birlikdə getdiyini əks etdirən görüntülər yayılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru