Yol polisinin qayda pozuntusuna — RƏY + VİDEO

20-10-2016, 00:32           
Yol polisinin qayda pozuntusuna — RƏY + VİDEO
Sayrışan işıqlarını yandırmadan yol polisi patrul avtomobilini yolun hərəkət hissəsində saxlayıb. Bu da hərəkətə mane olmaqla yanaşı, qəza şəraiti də yaradır. Görüntülər paytaxtın Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində şahidlər tərəfindən mobil telefonla çəkilib.

Ölkə.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çəkiliş hündürmərtəbəli binadan çəkildiyi üçün patrul avtomobilinin dövlət nömrə nişanı görünmür. Belə aydın olur ki, həmin avtomobilin inspektoru qaydanı pozan “'Vaz-2107” markalı avtomobilə “saxla” əmri verib. Amma yol polisi özü burda qaydanı pozaraq patrul maşınını yolun hərəkət hissəsində saxlayaraq dönüb geri qayıdan avtomobillərə maneə yaradır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol polisi bu vəziyyətdə “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin tələbini, yəni, “Dayanma və durma” qaydalarını pozub. Ekspertin sözlərinə görə, yol polisi nəqliyyatın hərəkətinə mane olmamalıdır.

Amma həqiqətən də zərurət yaranarsa yol polisi, bütün təhlükəsizlik tədbirləri görərək avtomobili yolun hərəkət hissəsində saxlaya bilər. Hətta bununla bağlı “Yol hərəkəti haqqında” qanunda da müddia var.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovsözügedən məsələ ilə bağlı idarədə həmin patrul avtomobilinin və avtomobildə xidmətdə olan yol polislərinin araşdırıldığını dedi. “Biz həmin yol polislərini müəyyən etdikdən sonra onları cərimələyəcəyik” deyə bölmə rəisi bildirdi.

Qeyd edək ki, bu qayda pozuntusuna görə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.