Fransada məktəbdə bıçaqlanma: 1 ölü, 3 yaralı

25-04-2025, 00:11           
Fransada məktəbdə bıçaqlanma: 1 ölü, 3 yaralı
Fransanın qərbində yerləşən özəl məktəbdə baş verən bıçaqlanma nəticəsində bir şagird həlak olub, azı üç nəfər xəsarət alıb.

Hadisə Nant şəhərindəki bir məktəbdə cümə axşamı günorta saatlarında baş verib. Hücum edən şəxs müəllim tərəfindən zərərsizləşdirilib.

Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım qüvvələri cəlb olunub. Məktəb tamamilə evakuasiya edilib.

Şahidlərin sözlərinə görə, hücum zamanı bəzi şagirdlər dərhal sinif otaqlarında təcrid olunub, digərləri isə panika içində ərazidən qaçıblar. Ailələrə məlumat verilib və şagirdlər mərhələli şəkildə məktəbdən çıxarılıb.

Hadisə yerinə təhsil və daxili işlər nazirləri, eləcə də region rəhbərliyi gəlib. Təhsil naziri sosial şəbəkədə paylaşım edərək qurbanlara dəstəyini ifadə edib. Nantes meri baş verən faciəyə görə dərin kədərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru