Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb: Özü ilə xəstəxanaya gətirib FOTO

25-04-2025, 11:59           
Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb:
Tailandın Sakeu əyalətində 3-4 metrlik kral kobrası meşədə göbələk toplayan qadını dişləyib.

Bu barədə "Thaiger" nəşri yazıb.

Məlumata görə, ölümcül təhlükəli kobra Supin Vanpxen adlı qadına hücum edib və onu ayağından dişləyib. Lakin qadın özünü itirməyib və ilanı zərərsizləşdirə bilib.

Daha sonra Supin Vanpxen xəstəxanaya təkbaşına gəlib və öldürdüyü ilanı da özü ilə gətirib, bununla da xəstəxana işçilərini şoka salıb.

Qadına vaxtında lazımi tibbi yardım göstərilib və o, hazırda həkimlərin nəzarəti altında sağalır.

Qadının rəfiqəsi hadisə barədə sosial şəbəkədə paylaşım edib.

"Supin Vanpxen, mənim inanılmaz cəsarətli rəfiqəm göbələk yığmağa gedib və kral kobra tərəfindən dişlənib. O, ilanı öz əlləri ilə öldürüb və xəstəxanaya gətirib. O, həqiqətən də heyrətamizdir. İndi intensiv terapiya bölməsindən buraxılıb və həyatına təhlükə yoxdur", - deyə qadının rəfiqəsi qeyd edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru