Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ VİDEO

26-04-2025, 10:48           
Bakıda əvvəllər qəza törədən avtobus sürücüsü indi də piyadanı DÖYDÜ  VİDEO
Bakıda avtobus sürücüsü piyadanı döyüb.

"BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb.

Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.

Mübahisəyə səbəb isə avtobus sürücüsünün piyada zolağında olan sərnişinə yol verməməsi olub.

Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus marşrut bu ilin mart ayında qəza törədib.

Nəqliyyat vasitəsini idarə edən sürücü Ramin Təhməzov avtobusu hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında park halında olan avtomobillərə çırpıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru