Ovçu dostunu qunduz hesab edərək güllələdi

Dünən, 16:44           
Ovçu dostunu qunduz hesab edərək güllələdi
Rusiyanın Tümen vilayətinin iki sakini gecə vaxtı ov üçün meşəyə yollanıblar.

Gazeta.ru xəbər verir ki, onlardan biri gecəgörmə cihazı taxıb və onun vasitəsilə gördüyü kölgəni qunduz hesab edərək atəş açıb.

Məlum olub ki, güllə yoldaşının qarnına dəyib. Yaralı xəstəxanada vəfat edib.

Ovçu saxlanılıb və cəzalandırılıb.

Kişiyə cəmi bir il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin o, öldürülən şəxsin ailəsinə 2 milyon rubl (təxminən 41 min manat) ödəməli olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.