Ustaların pulunu oğurladı - Həbs edildi

29-04-2025, 12:08           
Ustaların pulunu oğurladı - Həbs edildi
Bakıda "ev sahibinin qohumuyan" deyib ustaların pulunu oğurlayan şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, M.Abbasov küçəsində yerləşən yeni tikilən binanın 7-ci mərtəbəsində baş verib.

1971-ci il təvəllüdlü Z.R. oğurluq etmək niyyəti ilə sözügedən binanın blokuna daxil olub, 7-ci mərtəbəyə qalxıb və təmir gedən evin qapısının qarşısında dayanıb. Qapı açıq olduğu üçün evdə iki ustanın işlədiyini görüb. O, ustalara ev sahibinin qohumu olduğunu və təmirə nəzarət etməyə gəldiyini deyib.

Təqsirləndirilən şəxs daha sonra Ramiz və Orxan adlı ustanın otaqda taxtaların üstündəki mismardan asılmış şalvarların cibindən 1150 manat pulu oğurlayaraq evi tərk edib. Edilən şikayət əsasında Z.R. saxlanılıb. Məlum olub ki, o, oğurladığı pula özünə paltar alıb və qalan vəsaitlə restoranda yeyib-içib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru