Misirdə "cərrah balıq" istirahət zamanı rusiyalı qadının ayağını kəsdi VİDEO

Bu gün, 13:54           
Misirdə "cərrah balıq" istirahət zamanı rusiyalı qadının ayağını kəsdi VİDEO
Misirdə "cərrah balıq" istirahət zamanı rusiyalı qadının ayağını kəsib.

Bu barədə "SHOT" "Telegram" kanalı yazıb.

Məlumata görə, turizm agenti işləyən qız tətil üçün Misir kurortlarına gedib.

O, üzdüyü zaman ayağında kəskin ağrı hiss edib. Sonra ayağındakı yaranı və yaxınlıqda üzən "cərrah-balığ"ı görüb.

Xəsarət alan turistin yarasını tikiblər və ona antibiotiklər, ağrıkəsicilər və bir sıra başqa dərmanlar yazıblar. Ancaq qızın ayağı hələ də istidir və şişkindir.

Qeyd edək ki, "cərrah-balıqlar"a tez-tez Qırmızı dənizdə rast gəlinir və onlar "məkrli davranışları" ilə tanınırlar: hətta suda hərəkətsiz dayanmış insana belə kəsilmiş yaralar yetirə bilirlər, zəhərli selikləri isə infeksiyalara səbəb ola bilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.