Xəzər sahilində 100-dən çox ölü suiti tapıldı

26-05-2025, 10:34           
Xəzər sahilində 100-dən çox ölü suiti tapıldı
Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 suiti leşi aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Respublika Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi "Facebook" səhifəsində məlumat yayıb:

"Aparılan araşdırmalar onu deməyə əsas verir ki, tapılan suitilər ötən ilin noyabr-dekabr aylarında ölüb.

Suiti cəmdəkləri yığılaraq sanitar normalara riayət olunmaqla poliqonda məhv edilib".

Vurğulanıb ki, bununla da 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru