Bakıda çoxmərtəbəli yaşayış binasında ilanlar peyda olub - Sakinlər qorxu içində VİDEO

26-05-2025, 12:18           
Bakıda çoxmərtəbəli yaşayış binasında ilanlar peyda olub -
Bakının Xətai rayonu, Yeni Günəşli qəsəbəsinin B massivində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb.

TEREF "Xəzər Xəbər"ə istinadla bildirir ki, sakinlərin sözlərinə görə, xüsusilə azyaşlılar üçün həyət artıq təhlükəli yerə çevrilib.

Onlar bildirirlər ki, bu, ilk hal deyil. Əvvəlki illərdə də həyətlərində ilan görsələr də, bu dəfə vəziyyətin daha ciddi olması onları təşvişə salıb. Onlar hər gün keçdikləri ərazidə təhlükə ilə üz-üzə olduqlarını bildirirlər.

Sakinlər təhlükənin tezliklə aradan qaldırılmasını tələb edirlər. Onlar ilanların hətta evlərə daxil ola biləcəyindən narahatdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.