Liverpulda avtomobili izdihamın üstünə sürən şəxsin kimliyi məlum olub

27-05-2025, 11:18           
Liverpulda avtomobili izdihamın üstünə sürən şəxsin kimliyi məlum olub
Liverpulda avtomobili izdihamın üzərinə çırpan 53 yaşlı Böyük Britaniya vətəndaşı olub.
Bu haqda şəhər polisinin yaydığı məlumatda deyilir.

"Həbsdə olan şəxsin Liverpul bölgəsində yaşayan 53 yaşlı ağdərili britaniyalı olduğunu təsdiq edə bilərik. Hazırda toqquşmaya səbəb olan bütün şərtləri müəyyən etmək üçün geniş araşdırmalar aparılır", - polis bildirib.

Böyük Britaniyanın Baş naziri Keir Starmer "X"də səhnələrin dəhşətli olduğunu və hadisələrlə bağlı daima məlumatlandırıldığını qeyd edib.

Starmer sosial mediada bildirib ki, "Liverpuldakı səhnələr dəhşətlidir. Mən polisə və fövqəladə hallar xidmətlərinə bu şok hadisəyə sürətli və davamlı reaksiyalarına görə təşəkkür etmək istəyirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru