Azərbaycandan Rusiyaya pomidor daşıyan TIR bir anda alışdı: Tonlarla məhsul məhv oldu FOTO

27-05-2025, 08:41           
Azərbaycandan Rusiyaya pomidor daşıyan TIR bir anda alışdı:
Ucarda pomidorla yüklənmiş iri tonnajlı yük avtomobili yanıb.

TEREF APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Ramal kəndindən keçən hissəsində baş verib.

Belə ki, Hacıqabul rayon sakini, 1979-cu il təvəllüdlü Marif Muxtar oğlu Bayramovun idarə etdiyi pomidorla yüklənmiş "Mercedes-Benz" markalı yük avtomobili anidən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın zamanı avtomobildə olan 21 ton pomidorun 4 tonu yanaraq yararsız hala düşüb. Yükün qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Məlumata görə, pomidorla yüklənmiş TIR Şəmkirdən Rusiyaya gedirmiş. İlkin ehtimala görə, hadisəyə kondisionerdə baş verən nasazlıq səbəb olub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru