Çində Terrakota ordusunun iki heykəli sındırıldı VİDEO

1-06-2025, 12:58           
Çində Terrakota ordusunun iki heykəli sındırıldı  VİDEO
Çinin Sian şəhərində 30 yaşlı çinli turist hasarın üstündən keçərək məşhur Terrakota ordusu heykəlciklərinin yerləşdiyi əraziyə daxil olub və iki heykəli zədələyib.

Bu barədə "The Guardian" məlumat verib.

Yerli orqanların məlumatına görə, kişi psixi xəstəlikdən əziyyət çəkir. Qeyd olunur ki, o fiqurlara çatmaq üçün 5.4 metr dərinliyə enməli olub.

"Terrakota ordusu" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Sianın əsas turistik məkanıdır. Eramızdan əvvəl 209-cu ildə Tsin sülaləsi imperatoru Tsin Şixuandinin məzarını qorumaq üçün səkkiz minə yaxın terrakota fiqurları düzəldilib. Heykəllər 1974-cü ildə aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru