Kameralar qarşısında kosmetika yeyən bloqer öldü

4-06-2025, 17:28           
Kameralar qarşısında kosmetika yeyən bloqer öldü
Tayvanda kamera qarşısında kosmetika məhsullarını yeyən bloqer vəfat edib.

Bu barədə "South China Morning Post" xəbər verir.

Bildirilir ki, "Guava Beauty" ləqəbi ilə tanınan 24 yaşlı bloqer qeyri-adi və təhlükəli videoları ilə gündəmdə olub. O, kameralar qarşısında pomada, ənlik və hətta pambıq disklərini yeyərək izləyicilərin marağını çəkməyə çalışıb. İzləyicilərin əksəriyyəti onun bu davranışını təhlükəli hesab edib və şərhlərdə dəfələrlə kosmetik məhsulların yeyilməsinin ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Ancaq bloqer buna qulaq asmayıb.

Sonradan profilində gənc qızın öldüyü barədə açıqlama yerləşdirilib, ailəsi isə onun vəfat etdiyini rəsmən təsdiqləyib.

İzləyicilər bloqerin kimyəvi zəhərlənmə nəticəsində ölmüş ola biləcəyini düşünürlər.

Hadisə Tayvanda və sosial şəbəkələrdə ciddi rezonans doğurub və təhlükəli "mukbanq" trendlərinin yaratdığı riskləri bir daha gündəmə gətirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.