ABŞ-də ana 6 yaşlı oğlunu şeytançıxarma mərasimi zamanı öldürüb VİDEO

4-06-2025, 12:48           
ABŞ-də ana 6 yaşlı oğlunu şeytançıxarma mərasimi zamanı öldürüb  VİDEO
ABŞ-də ana altı yaşlı oğlunu "cinləri qovmaq" üçün ekzorsizm (şeytançıxarma) mərasimi zamanı öldürüb.

Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" nəşri məlumat yayıb.

Məlumata görə, səlahiyyətlilər iki həftədən çox müddətdə məktəbə getməyən uşağın Florida ştatının Fort-Pirs şəhərindəki evinə gediblər. Uşağın cansız bədəni öz çarpayısında tapılıb.

Anası Ronda Coys Paulinis dedektivlərə bildirib ki, oğlunun bədənindən "cinləri qovmağa" çalışıb və uşaq hərəkət etməyi dayandırdıqda, onun cinlərdən azad olunduğuna və tezliklə həyata qayıdacağına inanıb.

Paulinisə qarşı ikinci dərəcəli qətl və ölüm faktını gizlətmək maddələri üzrə ittiham irəli sürülüb.

Məlumdur ki, səlahiyyətlilər daha əvvəl də qadınla bağlı məişət və tibbi problemlər səbəbindən araşdırma aparıblar. Qadının emosional qeyri-sabitlik yaşadığı qeyd olunur.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.