"Tesla" çoxlu sayda "Model Y" avtomobilini geri çağırır

5-06-2025, 11:26           
"Tesla" çoxlu sayda "Model Y" avtomobilini geri çağırır
ABŞ-nin "Tesla" şirkəti 15 aprel-20 aprel 2025-ci il tarixləri arasında Kaliforniya ştatının Fremont şəhərində istehsal olunmuş 172 ədəd "Model Y" avtomobilini geri çağırır.

İnterfaks.ru- nun xəbərinə görə, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasından (NHTSA) məlumat verilib.

Məlumata görə, bu avtomobillərdə bir və ya hər iki ön şüşəyuyan qurğunun forsunkaları şlanq birləşməsindəki qüsur səbəbindən işləməyə bilər. Bu nasazlıq yuyucu mayenin ön şüşəyə düzgün çatdırılmamasına, nəticədə sürücünün görmə imkanlarının pisləşməsinə və qəza riskinin artmasına səbəb ola bilər.

Qeyd edilir ki, bu məsələ ilə bağlı indiyədək hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru