"Mən Bakıdayam və öz işlərimin başındayam” - Ziya Məmmədovun ortağı

4-11-2016, 19:26           
"Mən Bakıdayam və öz işlərimin başındayam” - Ziya Məmmədovun ortağı
Dünən bir sıra internet saytlarında nəqliyyat naziri Ziya Məmmədovun ortağı kimi tanınan iş adamı Qulam Ələkbərovun həbs olunması barədə xəbər yayılıb. Həmin xəbərdə qeyd olunur ki, Qulam Ələkbərov Ukrayna Azərbaycanlıları Konqresi Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətlə yetirilnəsinə görə ittiham olunur.
Bu xəbərə aydınlıq gətirmək üçün Gununsesi.info-nun əməkdaşı Qulam Ələkbərovun özü ilə əlaqə saxlayıb. Telefonun dəstəyini özü qaldıran iş adamı barəsində yayılan xəbərə görə, hiddədini ifadə edib: “Mən həbsdə olsaydım hər halda sizinlə danışmaq imkanım olmazdı. Hansısa şərəfsiz və axmaq adamlar belə bir məlumatı mediaya ötürüb. Mən Bakıdayam və öz işlərimin başındayam”.
Xatırladaq ki, Qulam Ələkbərov bir qayda olaraq Ziya Məmmədovun tikinti layihələrini həyata keçirən iş adamıdır.O, “A.Q İnşaat” şirkətinin sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru