Bank kreditləri azalmağa davam edir
7-11-2016, 01:08
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənni bank sektoru ilə bağlı bəzi göstəriciləri açıqlayıb. Fins.az-ın AMB-ə istinadən məlumatına görə, həmin göstəricilərə əsasən banklarda kreditlərin azalması müşahidə edilir.
Belə ki, sentyabrın sonuna Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları 16 mlrd. 274 mln. manat həcmində olub. Bu bir ay əvvəlki göstəricidən 54 milyon manat və ya 0,33% azdır.
Xəbər verildiyi kimi, 31 dekabr 2015-ci ilə Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları 21 mlrd. 164,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin 9 ayı ərzində bankların kredit qoyuluşları 23,1% azalıb.
Son iki il ərzində isə ölkədə kredit qoyuluşlarının kəskin azalması müşahidə olunur. Dogrudur, 2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəsində, Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları manat ifadəsində 17,4% artıb. Amma artım əslində dolların bahalaşmasından sonra dollar kreditlərinin manatla daha böyük məbləğə çevrilməsinini nəticəsidir.
Tarix mln. AZN
01.10.2016 16274,0
01.09.2016 16328.6
01.08.2016 16202,3
01.07.2016 17885.4
01.06.2016 17648,3
01.05.2016 18209,8
01.04.2016 19091,5
01.03.2016 19731,9
01.02.2016 20603,9
01.01.2016 21164,5
01.12.2015 18178,3
01.11.2015 18000.4
01.10.2015 18527.5
01.09.2015 19509.8
01.08.2015 19601.5
01.07.2015 19697.9
01.06.2015 19877.6
01.05.2015 20004.8
01.04.2015 20072.8
01.03.2015 20137.7
01.02.2015 18020.3
01.01.2015 18017.4