Azərbaycan səhiyyəsi adına daha bir rüsvayçı olay yaşanıb.

7-11-2016, 15:05           
Azərbaycan səhiyyəsi adına daha bir rüsvayçı olay yaşanıb.
Azərbaycan səhiyyəsi adına daha bir rüsvayçı olay yaşanıb.

Belə ki, Tovuz rayon sakini Qurbanova Gözəl Vüqar qızının 2 qramlıq qızıl sırğası Mərdəkanda yerləşən Uşaq Reabilitasiya Mərkəzində tibb bacısı tərəfindən mənimsənilib. Olayla bağlı Savash.org-u məlumatlandıran zərərçəkmişin atası Vüqar Qurbanovun sözlərinə görə, xəstəyə "sırğalarını buradan çıxanda qaytaracağıq" deyilsə də sonradan ona qızılın itdiyi bildirilib.

Sıröğası xəstəxanada oğurlanan uşağın atası bildirib ki, həmin sırğa qızına nənəsinin hədiyyəsi imiş və bu üzdən də onun həm də mənəvi dəyəri var:

"Həmin sırğa qızıma nənəsi tərəfindən bir yaşında hədiyyə alınıb. Bir qolundan şikəst olan qızım Heydər Əliyev Fondunun maliyyə dəstəyi və millət vəkili Qənirə Paşayevanın himayəsi altında müalicə alırdı. Uşaq anadan olandan Bakıda müalicələrdə qalmışıq. Uşağımın qolunun bu vəziyyətdə olmasının əsas səbəbkarı elə həkimlər olub. Uşaq anadan olanda doğuş zamanı şah damarın əzilməsi nəticəsində şikəst qalıb. Sağ olsun, Vəkili Qənirə Paşayevanı, uşağın müalicəsinə həmişə köməklik göstərib. Qənirə xanıma müraciət edərək bildirmək istəyirəm ki, çox sağ olun, sizə sevgimiz sonsuzdur, amma həkimlər uşağın iki qramlıq qızılına da göz dikdilər və onu mənimsədilər. Düzü belələrini görəndə nə deyəcəyimi belə bilmirəm..."

Savash.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.